26
Almaniyanın “Bayern” klubunda çıxış edən İngiltərə millisinin hücumçusu Harri Keyn “Qızıl top” mükafatını qazanmaq şansının olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, futbolçunun sözlərini “The Standard” yayıb.
“Yamal və Mbappenin açıqlamaları? Özüm haqqında belə danışmaq mənim xarakterimə uyğun deyil. Ötən mövsüm əldə etdiklərimlə fəxr edirəm və nailiyyətlərimin digərlərininkindən geri qalmadığını düşünürəm. “Qızıl top”u qazansam, bundan inanılmaz dərəcədə qürur duyardım. Düşünürəm ki, bunun üçün kifayət qədər şansım var”, – Keyn deyib.
