74
Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqası tarixində keçirdiyi oyunların sayına görə üçüncü pilləyə yüksəlib.
Ucnoqta.az xəbər verir ki, turnirin əsas mərhələsinin IV turunda İspaniyanın “Atletiko” klubuna qarşı səfər oyunu Noyer üçün Çempionlar Liqasında 164-cü matç olub.
Beləliklə, 39 yaşlı qapıçı 8 dəfə “Qızıl top” mükafatına layiq görülmüş argentinalı Lionel Messini və almaniyalı Tomas Mülleri geridə qoyub. Noyer bu göstəricidə Almaniya futbolçuları arasında da vahid lider olub.
Çempionlar Liqasında Noyerdən daha çox oyun keçirən yalnız iki futbolçu var. Bunlar “Real Madrid”in sabiq qapıçısı İker Kasilyas (177 oyun) və portuqaliyalı hücumçu Kriştianu Ronaldodur (183 oyun).
