Bəzi uşaqlar mürəkkəb məlumatları tez qavrayır, çoxsaylı suallar verir və qeyri-adi düşüncə tərzi ilə seçilirlər. Astroloqun fikrincə, dörd bürc altında doğulan uşaqlar xüsusilə güclü intellektual qabiliyyətləri ilə fərqlənirlər.
Ucnoqta.az xəbər verir ki, bu barədə astroloq Yelena Maksimova açıqlamasında bildirib.
Astroloqun sözlərinə görə, Əkizlər, Qız, Dolça və Əqrəb bürclərinin nümayəndələri öyrənməyə, yaradıcılığa və analitik düşüncəyə xüsusi meyilləri ilə seçilirlər.
Əkizlər (21 may – 21 iyun)
Əkizlər bürcündə doğulan uşaqların əsas xüsusiyyəti sürətli düşünmə və məlumatı asanlıqla mənimsəmə qabiliyyətidir. Onlar müxtəlif mövzularla maraqlanır, çoxlu suallar verir və yeni biliklər əldə etməyə həvəs göstərirlər. Astroloq hesab edir ki, bu uşaqlardan gələcəkdə jurnalist, yazıçı, alim və tərcüməçi çıxa bilər.
Qız (23 avqust – 22 sentyabr)
Qız bürcünün nümayəndələri detallara diqqət və analitik düşüncə ilə fərqlənirlər. Onlar eşitdikləri məlumatın səbəbini öyrənməyə, hadisələri təhlil etməyə və hər şeyin necə işlədiyini anlamağa çalışırlar. Bu xüsusiyyətlər gələcəkdə onların həkim, proqramçı, mühəndis və ya tədqiqatçı kimi formalaşmasına zəmin yarada bilər.
Dolça (20 yanvar – 18 fevral)
Dolça bürcündə doğulan uşaqlar qeyri-standart düşüncə tərzi və yaradıcı yanaşmaları ilə seçilirlər. Onlar hazır cavablarla kifayətlənmir, hadisələrə fərqli prizmadan baxmağa üstünlük verirlər. Astroloqun fikrincə, bu bürcün nümayəndələri gələcəkdə ixtiraçı, alim, memar və İT mütəxəssisi ola bilərlər.
Əqrəb (23 oktyabr – 21 noyabr)
Əqrəb bürcünün nümayəndələri müşahidə qabiliyyəti və araşdırma həvəsi ilə fərqlənirlər. Onlar hadisələrin görünməyən tərəflərini öyrənməyə, mürəkkəb məsələlərin mahiyyətinə varmağa çalışırlar. Bəzən sakit və qapalı görünən bu uşaqlar gözlənilməz məqamlarda dərin düşüncələri ilə ətrafdakıları təəccübləndirə bilərlər.
Qeyd edək ki, bunlar astrologun fikirləridir və bürclərlə intellektual qabiliyyət arasında elmi cəhətdən təsdiqlənmiş əlaqə yoxdur.
