40
ABŞ Prezidenti Donald Trampın tərəfdarları İrana qarşı səkkiz aydan artıqdır davam edən müharibəni Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərində mümkün məğlubiyyətinin əsas səbəblərindən biri hesab edirlər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti Amerika liderinə yaxın mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ağ Evin bəzi nümayəndələri və respublikaçıların tərəfdarları müharibəyə başlamaq qərarını səhv hesab edirlər. Onların fikrincə, münaqişə bir neçə ay əvvəl başa çatsaydı, seçkilərin nəticələri tamamilə fərqli ola bilərdi.
Davam edən hərbi əməliyyatlar enerji daşıyıcılarının qiymətlərinin kəskin artmasına səbəb olub. Bu isə seçicilərin narazılığını daha da artırıb.
