80
Ermənistan 2027 və ya 2028-ci ildə Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət edə bilər.
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, gələn il və ya 2028-ci ildə belə bir müraciətin edilməsi real görünür. Paşinyan qeyd edib ki, Ermənistan artıq Avropa İttifaqına üzvlük üçün rəsmi müraciətə gətirib çıxaracaq prosesə başlayıb.
