İran ABŞ-ın mümkün təkrar hücumuna cavabın daha geniş miqyasda olacağı barədə xəbərdarlıq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın ali rəhbəri ayətullah Müctəba Xameneinin Dünya imperializminə qarşı mübarizə günü münasibətilə müraciətində bildirilib.
Xamenei qeyd edib ki, İranın Hörmüz boğazına nəzarəti ələ alması və region ölkələrindəki ABŞ hərbi bazalarını məhv etməsi Vaşinqtonun təcavüzünə və cinayətlərinə cavab olub.
Onun sözlərinə görə, ABŞ-ın təcavüzü təkrarlanarsa, İranın mübarizəsi daha geniş miqyas alacaq.
Xamenei Fars körfəzində, xüsusilə Hörmüz boğazında baş verən hadisələrin ABŞ-ın yenilməzliyi barədə mifləri dağıtdığını da iddia edib. O, Vaşinqtonla güzəştlər hesabına ABŞ-ın İrana qarşı düşmənçiliyinə son qoyulacağını düşünənlərin yanıldığını vurğulayıb.
