Bu il ərzində də Azərbaycan iqtisadiyyatı güclənib, makro-iqtisadi sabitlik təmin edilib.
Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinn sədri Musa Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.
M.Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı Prezident İlham Əliyev qarşıdakı il üçün sosial siyasətin daha da təkmilləşdirilməsini, eyni zamanda əmək haqqlarının, pensiya və müavinətlərin artırılacağını bəyan edib. M.Quliyev qeyd edib ki, bu tədbirlər əhalinin sosial müdafiəsinin gücləndirilməsinə mühüm töhfə verəcək.
M.Quliyev qeyd edib ki, bu tədbirlər əhalinin sosial müdafiəsinin gücləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.
Komitə sədri vurğulayıb ki, 2026-cı ildə orta aylıq əmək pensiyalarının 595 manat olacağı, 2027-ci ildə isə 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır.
