51
Azərbaycan Dəmir Yolları” QSC Bakı–Ağstafa–Bakı marşrutuna yüksək sərnişin tələbatının qarşılanması üçün noyabrın 14-dən 30-dək həftəsonlarında əlavə qatar reysləri həyata keçirəcək.
ADY-dən verilən məlumata görə, qatar şənbə günləri Bakıdan, bazar günləri isə Ağstafadan yola düşəcək.
Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
