84
Çin ulduz falının dörd bürcünü yeni tanışlıqlar, dostluqların bərpası və xoş görüşlər gözləyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “YourTango” nəşri astroloji proqnoza istinadən məlumat yayıb.
Proqnoza görə, Siçovul, Əjdaha, Xoruz və Keçi ilində doğulanlar tənhalıq hissindən uzaqlaşaraq sosial həyatlarında canlanma yaşayacaqlar.
Siçovul – Yeni tanışlıqlar və xoş söhbətlər üçün əlverişli gündür.
Əjdaha – Oxşar problemlərlə üzləşən insanlarla ünsiyyət onlara mənəvi dəstək verəcək.
Xoruz – Gözlənilməz görüş və ya telefon zəngi sevindirici hadisəyə çevrilə bilər.
Keçi – Köhnə dostluqlar yenidən canlanacaq, münasibətlərdə səmimiyyət artacaq.
Qeyd edək ki, bunlar astroloji proqnozlardır və elmi əsaslarla təsdiqlənməyib.
