37
Bu gün Azərbaycanda televiziya və radio işçilərinin peşə bayramı qeyd olunur.
Ucnoqta.az xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun əsası qoyulub. Bu hadisə ölkənin media tarixində yeni mərhələnin başlanğıcı olub.
Azərbaycan televiziyası isə ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk yayımda aktrisa Nəcibə Məlikova “Göstərir Bakı” sözləri ilə tamaşaçıları salamlayıb, daha sonra “Bəxtiyar” filmi nümayiş etdirilib.
Ötən illər ərzində Azərbaycan teleradiosu milli-mənəvi dəyərlərin təbliği, ictimai fikrin formalaşması və əhalinin məlumatlandırılmasında mühüm rol oynayıb. Hazırda bu sahədə rəqəmsal yayım və müasir media texnologiyalarının tətbiqi genişlənir.
