Yaponiyanın ən cənub prefekturası olan Okinavanın qubernatoru Genta Kodza ABŞ Dəniz Piyadaları Korpusunun sıx məskunlaşmış Ginovan şəhərində yerləşən Futemma aviabazasının ləğv olunacağı dəqiq tarixin açıqlanmasını tələb edib.
Ucnoqta.az xəbər verir ki, o, bu tələbi Yaponiyanın Baş naziri Sanae Takaiçinin ofisində Okinavanın problemlərinə həsr olunmuş müşavirədə səsləndirib. Bu barədə “Kyodo” informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, görüşdə Futemma aviabazasının ərazisinin yerli hakimiyyət orqanlarına təhvil veriləcəyi dəqiq tarix açıqlanmayıb. Bununla belə, Baş nazir Okinavada çoxsaylı ABŞ hərbi obyektlərinin yerləşdirilməsi ilə bağlı yükün azaldılması üçün bütün səylərini göstərəcəyini vəd edib.
Bu çərçivədə 2027-ci maliyyə ili üzrə dövlət büdcəsində Okinavaya ayrılan vəsaitin artırılması, vergi güzəştlərinin tətbiqi və məşğulluğun genişləndirilməsi məqsədilə sənaye klasterinin yaradılması nəzərdə tutulur.
