35
Yeni Zelandiyanın Şimal adasının cənub-şərq sahilində 50 qara delfin sahilə çıxıb. Onların demək olar ki, hamısı tələf olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Radio New Zealand” (RNZ) radiostansiyası məlumat yayıb.
Məlumata görə, qara delfinlər kimi tanınan qlobisefallar səhər saatlarında aşkarlanıb. Xilasedicilər yalnız iki heyvanı yenidən suya qaytara biliblər.
RNZ qeyd edir ki, bu qədər delfinin eyni vaxtda sahilə çıxmasının səbəbi hələlik məlum deyil.
