36
Günəşdə oktyabr ayının əvvəlindən bəri ən güclü alışma baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Məlumata görə, noyabrın 5-də Bakı vaxtı ilə saat 22:33-də Günəşdə M3.6 sinfinə aid alışma qeydə alınıb. Rentgen diapazonunda müşahidə olunan hadisə 29 dəqiqə davam edib.
Məlumata əsasən, bu, oktyabrın 10-dan bəri qeydə alınan ən güclü Günəş alışmasıdır.
