ABŞ Kambocada fəaliyyət göstərən cinayətkar qrupla əlaqəsi olduğu iddia edilən 4 fiziki şəxsə və 41 şirkətə qarşı sanksiyalar tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Sanksiyalar 2025-ci ildə ABŞ-ın sanksiya siyahısına daxil edilmiş “Prince Group” qruplaşması ilə əlaqəli şəxslərə və şirkətlərə şamil olunub. Məhdudiyyətlərə məruz qalan şəxslər Kamboca, Çin və Malayziya vətəndaşlarıdır.
Sanksiya tətbiq edilən şirkətlər isə Kamboca, Sinqapur, Honkonq, Malayziya, Britaniya Vircin adaları və Mavrikidə qeydiyyatdan keçib və ya fəaliyyət göstərir.
Dövlət Departamentinin bəyanatında bildirilir ki, siyahıya daxil edilən şəxslər sözügedən qruplaşmaya maddi dəstək göstərirlər. ABŞ tərəfinin iddiasına görə, “Prince Group” üzvləri dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da kibermexnologiyalardan istifadə etməklə mürəkkəb dələduzluq sxemləri həyata keçirirlər.
Sanksiyalar həmin şəxslərin ABŞ-dakı aktivlərinin dondurulmasını, eləcə də Amerika vətəndaşları və şirkətlərinə onlarla biznes əlaqələri qurmağın qadağan edilməsini nəzərdə tutur.
