34
ABŞ Prezidenti Donald Tramp İranla müharibəni istədiyi vaxt başa çatdırmaq niyyətində olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə yeni banket zalının tikintisini jurnalistlərə nümayiş etdirərkən onların suallarını cavablandırıb. Bununla belə, o, prosesin düzgün şəkildə yekunlaşmalı olduğunu vurğulayıb.
ABŞ-İsrail əməliyyatının nə vaxt başa çatacağı ilə bağlı suala cavabında Tramp belə deyib: “Nə vaxt istəsəm. Lakin bu, düzgün şəkildə edilməlidir”.
