39
ABŞ-da Demokratlar Partiyasının namizədi Adam Hamilton 1932-ci ildən bəri ilk dəfə Kanzas ştatından Senata seçilib.
Ucnoqta.az xəbər verir ki, NBC News telekanalının proqnozuna görə, Hamilton aralıq seçkilərində Respublikaçılar Partiyasının hazırkı senatoru Rocer Marşalı geridə qoyub.
Decision Desk HQ-nun məlumatına əsasən, səslərin təxminən 88 faizi hesablandıqdan sonra Hamilton 52 faiz, Marşal isə 44,1 faiz səs toplayıb.
Beləliklə, Hamilton 94 ildən sonra Kanzas ştatını ABŞ Senatında təmsil edəcək ilk demokrat olub.
