41
Yamayka vətəndaşı ABŞ vətəndaşı olduğunu iddia edərək 22 il ərzində ölkədə keçirilən seçkilərdə qanunsuz iştirak edib.
Ucnoqta.az xəbər verir ki, “New York Post” qəzetinin məlumatına görə, Antonio Mitçell oktyabrın sonunda saxlanılıb.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, Mitçell 2012-ci ildə Nyu-Cersi ştatında səsvermə üçün qeydiyyatdan keçərkən ABŞ vətəndaşı olduğunu and içərək təsdiqləyib. O, 8 noyabr 2022-ci ildə Nümayəndələr Palatasına keçirilən seçkilərdə də səs verib.
Bundan başqa, Mitçell 31 yanvar 2025-ci ildə ABŞ vətəndaşlığı almaq üçün müraciət edərkən əvvəllər seçkilərdə iştirak edib-etmədiyi barədə suallara mənfi cavab verib. O, immiqrasiya və gömrük xidməti əməkdaşı ilə müsahibə zamanı da bu barədə yalan məlumat verib.
