ABŞ-ın Şimali Karolina ştatında Konqresə aralıq seçkiləri zamanı yaranan texniki problemlər səbəbindən səsvermə müddətinin uzadılması ehtimalı nəzərdən keçirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ştatın Seçki Komissiyasına istinadən məlumat yayıb.
Şimali Karolina Seçki Komissiyası çərşənbə axşamı günün ikinci yarısında iclas keçirərək ştatın dörd dairəsində səsvermə müddətinin uzadılması məsələsini müzakirə etməyi planlaşdırır.
Buna səbəb günün əvvəlində səsvermə prosesini çətinləşdirən texniki nasazlıqlar olub. Məlumata görə, problemlər Uilson, Hertford, Qeyts və Lenoir dairələrində qeydə alınıb. Sonradan nasazlıqlar aradan qaldırılıb.
“Bloomberg”in məlumatına görə, bu səbəbdən seçkinin ilkin nəticələrinin açıqlanması yerli vaxtla saat 19:30-dan 20:30-a keçirilə bilər.
