ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Mikki Şerrill Rusiya istehsalı olan dizel yanacağını qəbul edən liman və terminalları cərimələməklə hədələyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Məlumata görə, Şerrill bazar ertəsi ştatın 12 liman və terminal operatoruna xəbərdarlıq məktubu göndərib. O, operatorlardan Rusiya dizel yanacağı daşıyan tankerləri qəbul etməmələrini tələb edib.
Qubernator xəbərdarlığında qadağaya əməl edilməyəcəyi təqdirdə operatorların ciddi sanksiyalarla üzləşəcəyini bildirib.
Şerrillin fikrincə, Rusiya yanacağının qəbul edilməsi ABŞ-ın federal qanunvericiliyinin pozulması hesab oluna bilər.
Qeyd edək ki, Nyu-Cersi ABŞ-ın şərq sahilində neft məhsullarının idxalı və paylanması üzrə ən böyük mərkəzlərdən birinin yerləşdiyi ştatdır.
