44
Bitkoinin qiyməti ticarət zamanı 3 faizdən çox artaraq 80 min dolları ötüb. Bu, “Binance” kriptovalyuta birjasına haker hücumundan sonra qeydə alınan ilk belə göstəricidir.
Ucnoqta.az xəbər verir ki, “Binance” platformasının məlumatına görə, Bakı vaxtı ilə saat 23:05-də bitkoin 3,21 faiz bahalaşaraq 80 115 dollara yüksəlib. Saat 23:10-da isə artım 3,63 faizə çatıb və qiymət 80 348 dollar olub.
Eyni vaxtda “Ethereum”un qiyməti də 6,04 faiz artaraq 2 426,92 dollara yüksəlib.
