Noyabrın 5-də bütün bürclər üçün mübahisə və ciddi münaqişə riski yüksək olacaq. Astroloji proqnoza görə, bu gün alış-veriş etmək, mühüm qərarlar vermək və emosiyalara qapılmaq məsləhət görülmür.
Ucnoqta.az xəbər verir ki, günün ulduz falını təqdim edir.
Qoç – Böyük iş layihələrinə başlamaq əvəzinə, gündəlik və təxirəsalınmaz məsələləri həll edin.
Buğa – Başqalarının işini də üzərinizə götürməyin. Həddindən artıq yorğunluq səhvlərə səbəb ola bilər.
Əkizlər – Peşəkar ideyalarınızı tələsik kənara qoymayın. Onların həyata keçirilməsi üçün münasib vaxt yarana bilər.
Xərçəng – Enerjinizi boş yerə sərf etməyin, ən vacib işlərə üstünlük verin.
Şir – Maddi vəziyyətiniz sabit olsa da, qənaət etməyə çalışın.
Qız – Vacib peşəkar və şəxsi qərarları təxirə salmaq daha məqsədəuyğundur.
Tərəzi – İşə sərf etdiyiniz vaxt və enerji gözlənilən nəticəni verməyə bilər.
Əqrəb – Zarafatlarınızla başqalarını incitməməyə çalışın. Bəzi sözlər ciddi narazılıq yarada bilər.
Oxatan – Nailiyyətlərinizlə öyünməkdən çəkinin. Bu, ətrafınızdakıların narazılığına səbəb ola bilər.
Oğlaq – Vaxtınızı səmərəli bölüşdürün, əhəmiyyətsiz işlərə və telefon danışıqlarına çox vaxt ayırmayın.
Dolça – Yaxınlarınızla münasibətlərdə mübahisələrdən qaçmaq üçün ünsiyyətdə məsafə saxlamağa çalışın.
Balıqlar – Rəhbərliyə, xüsusilə maddi xarakterli müraciətlər etmək üçün əlverişli gün deyil.
