48
Fransanın Daxili İşlər Nazirliyi noyabrın 5-də keçiriləcək etiraz aksiyaları zamanı asayişin qorunması üçün ölkə üzrə 70 min polis və jandarm cəlb edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə daxili işlər naziri Loran Nunes məlumat verib. Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunmasına xüsusi təyinatlı qüvvələr, kinoloqlar və atlı polis bölmələri də qoşulacaq.
Nazir bildirib ki, əsas məqsəd nümayişlərin dinc şəraitdə keçirilməsini təmin etməkdir. O, qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə sərt tədbirlər görüləcəyini və qayda pozanların saxlanılacağını vurğulayıb.
