Litva Finlandiyanın “Forcit” şirkəti tərəfindən istehsal olunan “Blocker” tipli dəniz minaları alacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, istehsalçı şirkətlə müqaviləni ölkənin Müdafiə Resursları Agentliyi imzalayıb.
Litvanın müdafiə naziri Robertas Kaunas dəniz minalarının ölkənin müdafiə potensialının mühüm tərkib hissəsi olduğunu və Baltik dənizində təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini bildirib.
Qeyd olunub ki, satınalma Finlandiyanın “Naval Mines Cooperation” təşəbbüsü çərçivəsində həyata keçiriləcək. Litva bu minaları alan yeganə ölkə olmadığından, onların tətbiqi zamanı müttəfiqlərlə fəaliyyətin əlaqələndirilməsi nəzərdə tutulur.
Alınacaq minaların sayı və müqavilənin ümumi dəyəri açıqlanmayıb.
