ABŞ-ın Cənubi və Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi, ölkənin Hindistandakı səfiri Serjio Qor ABŞ administrasiyasında yüksək vəzifəyə təyin oluna bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Washington Sun” nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Qor ABŞ Prezidenti Donald Trampın ətrafında yüksək vəzifələrə mümkün namizəd kimi müzakirə olunur. Onun Ağ Ev administrasiyasının aparat rəhbəri və ya dövlət katibi postuna gətirilməsi ehtimalı nəzərdən keçirilir. Bu halda o, Marko Rubionu əvəz edə bilər.
Qorun 1986-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə, Sergey Qoroxovski adı ilə anadan olduğu bildirilir. O, Trampın yaxın çevrəsinin üzvü, Vaşinqtonla Asiyanın bir sıra ölkələri arasında əlaqələrdə mühüm fiqur və dövlət katibi Marko Rubionun etibarlı tərəfdaşı kimi xarakterizə olunur.
