ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərdən sonra Demokratlar Partiyası ilə bir sıra məsələlərdə konstruktiv əməkdaşlıq edə biləcəyini düşünür.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalının canlı yayımında danışıb.
O, demokratların qanunvericilik təşəbbüslərinə veto qoymaq hüququndan fəal istifadə etməyə ehtiyac qalmayacağına ümid etdiyini bildirib.
“Əldə olunan nəticələrə üstünlük verirəm. Birlikdə işləyə biləcəyimiz məsələlər var. Bir çox məsələdə demokratlarla əməkdaşlıq edə bilərəm”, – deyə Tramp vurğulayıb.
ABŞ lideri belə məsələlərdən biri kimi immiqrasiya islahatını qeyd edib.
Tramp, həmçinin seçkilərdə demokratları ehtimal olunan qələbə münasibətilə təbrik edərək, onların bu nəticəyə 11 il ərzində nail olmağa çalışdıqlarını bildirib.
