Azərbaycanı UEFA Çempionlar Liqasının Liqa mərhələsində təmsil edən “Sabah” bu gecə Norveçdə meydana çıxacaq.
Ucnoqta.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv 4-cü tur çərçivəsində yerli “Vikinq” klubu ilə üz-üzə gələcək.
“Viking Stadium”da baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək. Görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sander van der Eyk olacaq.
Komandaların turnir cədvəlindəki mövqeləri də fərqlidir. “Sabah” 3 xalla 25-ci pillədə qərarlaşıbsa, Norveç təmsilçisi 1 xalla 33-cü yerdədir.
Qeyd edək ki, Liqa mərhələsinin yekununda ilk 8 pillənin sahibi birbaşa 1/8 finala yüksələcək. 9-24-cü yerləri tutan komandalar pley-offda mübarizəni davam etdirəcək. 25-36-cı pillələrdə qərarlaşan klublar isə turnirlə vidalaşacaq.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, IV tur
00:00 – “Vikinq” (Norveç) – “Sabah” (Azərbaycan)
Baş hakim: Sander van der Eyk (Niderland)
Köməkçi hakimlər: Rens Bluemink, Stefan de Qrot, Coui Koy (Niderland)
VAR: Jeroen Maşkot (Niderland)
AVAR: Jerom Brisard (Fransa)
