25
Premyer Liqanın X turunda “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub.
Ucnoqta.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Enrike Silva (28), Joralem Santos (30, 37) rəqib qapısından keçiriblər. Bakı təmsilçisinin heyətində isə Coy Lens Mikels (70) və Ksander Severina (87) fərqləniblər.
Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.
