55
İspaniya La Liqasının X turunda bu gün keçiriləcək “Barselona” – “Real” matçının favoriti müəyyənləşib.
Ucnoqta.az xəbər verir ki, bukmekerlər Kataloniya təmsilçisinin qələbəsinə daha çox şans verirlər. “Barselona”nın qələbəsinə 1,62, heç-heçəyə 5,80, “Real”ın qələbəsinə isə 3,74 əmsal təyin edilib.
Ən ehtimal olunan dəqiq hesab kimi “Barselona”nın 2:1 hesablı qələbəsi göstərilir. Bu nəticəyə 11,00 əmsal verilib.
“Barselona” – “Real” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da “Kamp Nou” stadionunda keçiriləcək.
Qeyd edək ki, “Barselona” La Liqanın ilk doqquz turunda bütün oyunlarını qazanaraq 27 xal toplayıb. “Real” isə 21 xalla üçüncü pillədə qərarlaşıb.
