45
“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsində bu gün növbəti sınağına çıxacaq.
Ucnoqta.az xəbər verir ki, komanda III turda Dortmundun “Borussiya” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:45-də başlayacaq.
Qeyd edək ki, hər iki komanda turnirin ilk iki turunda 3 xal qazanıb.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 3-cü tur
20:45. “Sabah” (Azərbaycan) – “Borussiya” (Dortmund, Almaniya)
Hakimlər: Xavyer Alberola, Alfredo Moreno, Karlos Alvarez Fernandes, Viktor Qarsiya Verdur (hamısı İspaniya)
VAR: Sezar Soto Qrado (İspaniya)
AVAR: Valentin Qomez (İspaniya)
Bakı Olimpiya Stadionu
