68
Asiya Çempionlar Liqasının ikinci turunda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Özbəkistanın “Neftçi” komandaları arasında keçirilən matç raket təhlükəsi səbəbindən bir saat gec başlayıb.
Ucnoqta.az xəbər verir ki, Ər-Riyadda elan edilən mümkün təhlükə ilə bağlı xəbərdarlıqdan sonra oyunun başlanması təxirə salınıb.
Qarşılaşmanın Bakı vaxtı ilə saat 22:15-də başlaması planlaşdırılsa da, Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsinin paytaxtda mümkün təhlükə barədə xəbərdarlığından sonra start fitinə bir saat gecikmə ilə verilib.
