38
Ukraynanın Kirovoqrad vilayətində polis əməkdaşlarına hücum edən silahlı şəxs saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, “İctimai” nəşrinin məlumatına görə, şübhəli şəxs Yelizavetqrad şəhərində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Bildirilib ki, həmin şəxs polis əməkdaşlarına qumbara atıb. Hadisənin digər təfərrüatları açıqlanmayıb.
