30
Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə dron hücumlarının araşdırılması üçün NATO və Avropa İttifaqından texniki yardım istəyib.
Ucnoqta.az xəbər verir ki, Baş nazir Rumen Radev müvafiq qurumların rəhbərlərinə məktub göndərərək məsələyə təcili diqqət ayrılmasını xahiş edib.
Qeyd edək ki, oktyabrın 6-da Bolqarıstanın müstəsna iqtisadi zonasında dron hücumundan sonra Toqo bayrağı altında üzən Alfa Watan gəmisi batıb. Gəmidəki 10 nəfərlik heyətin heç biri xilas edilməyib.
