31
Fransanın cənubunda yerləşən Oban kommunasında məktəblilərdən biri odlu silahdan atəş açaraq məktəbin direktorunu və müəllimini yaralayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Eduar Jefre məlumat verib.
Nazirin sözlərinə görə, hadisə Lakanel orta məktəbində baş verib. İlkin məlumata əsasən, atəş açan şəxs məktəbin şagirdlərindən biridir.
BFMTV telekanalının məlumatına görə, 53 yaşlı direktor ov tüfəngi ilə güllələnib. Hadisə şahidləri ümumilikdə dörd atəş səsi eşidiblər.
37 yaşlı müəllimə isə saçmaların divardan sıçraması nəticəsində yaralanıb. Hər iki məktəb əməkdaşının bud və çanaq nahiyələrindən xəsarət aldığı bildirilir.
Təhsil naziri hadisə yerinə daxili işlər naziri Loran Nunezlə birlikdə gedəcəyini açıqlayıb.
