31
Pakistanda Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb, iki pilot həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Mushshak” tipli təlim təyyarəsi ölkənin Bəlucistan əyalətində, Kvetta şəhəri yaxınlığında qəzaya uğrayıb.
İlkin məlumata görə, hadisəyə səbəb texniki nasazlıq olub.
