Babək rayonunda üçəm doğulub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə müraciət edən qadın hamiləliyinin 30-cu həftəsində üçəm dünyaya gətirib.
Körpələrdən ikisi oğlan, biri isə qızdır. Onlardan biri 1100 qram, digəri 900 qram, üçüncüsü isə 800 qram çəki ilə doğulub.
Hamiləliyin vaxtından əvvəl başa çatması ilə əlaqədar hər üç körpədə ekstremal az doğum çəkisi, ağciyərlərin və həzm sisteminin gestasion yetişməməsi müşahidə olunub. Bu səbəbdən körpələr Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya Şöbəsinə yerləşdirilərək müvafiq müayinə, müalicə və xüsusi qulluqla təmin ediliblər.
Aparılan müalicə və intensiv qulluq nəticəsində hər üç körpənin klinik vəziyyətində stabilləşmə əldə olunub. Hazırda körpələrin vəziyyəti kafi və stabildir.
Bu gün isə körpələr tibbi nəzarətin davam etdirilməsi məqsədilə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüblər.
