Oktyabrın 9-da ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Axşam yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-17° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gecə və səhər şərq rayonlarında, gündüzdən isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
