26
Rusiya Dəmir Yollarının (RJD) baş direktoru və idarə heyətinin sədri Oleq Belozerov gələn həftə Ermənistana səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə bildirib. Paşinyanın sözlərinə görə, səfər çərçivəsində Ermənistanın dəmir yollarının konsessiyaya verilməsi məsələsi müzakirə olunacaq.
“Dəmir yolu ilə bağlı ötən Aİİ sammitində razılığa gəldik. Bu razılaşmanın nəticəsi olaraq, gələn həftə RDİ rəhbəri Ermənistana gələcək. İşçi müzakirə aparacağıq və müzakirələrin nəticələrinə əsasən müəyyən nəticələr çıxaracağıq”, – Paşinyan deyib.
