Argentina millisinin hücumçusu Lionel Messi milli komandadakı son matçından sonra azarkeşlərə və karyerası boyunca ona dəstək olan hər kəsə təşəkkür edib.
Ucnoqta.az xəbər verir ki, futbolçu sosial şəbəkədə paylaşdığı məktubda Argentina millisinin formasını geyinmək üçün darıxacağını bildirib. Messi bu qərarı doğru hesab etdiyini və milli komanda ilə keçirdiyi illərin onun üçün böyük, lakin həm sevincli, həm də kədərli anlarla dolu bir yol olduğunu qeyd edib.
O, ailəsinə, dostlarına, komanda yoldaşlarına, məşqçilərinə və çıxış etdiyi klublara təşəkkür edib. Messi həmçinin Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın rolunu xüsusi vurğulayıb və onun komandaya “hətta göylərdən də” dəstək verdiyini bildirib.
“Çox minnətdaram. Sizi çox sevirəm, sizin üçün darıxacağam və həmişə yanımızda, yanımda olduğunuz üçün təşəkkür edəcəyəm”, – Messi yazıb.
