ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilərdən əvvəl İrana yeni zərbələr endirilməsi barədə əmr verə bilər.
Ucnoqta.az xəbər verir ki, “The Atlantic” jurnalının mənbələrinə istinadən verdiyi məlumata görə, Ağ Ev Pentaqona noyabrın 3-də keçiriləcək seçkilərədək İranın obyektlərinə zərbələr endirmək üçün mümkün variantlar hazırlamağı tapşırıb.
Mənbələr bildiriblər ki, yekun qərar hələ qəbul edilməyib. Potensial zərbələrin miqyası və hədəfləri, eləcə də ümumiyyətlə belə bir əməliyyatın keçirilib-keçirilməyəcəyi müzakirə olunur.
Pentaqon son həftələrdə Trampa hərbi əməliyyatların bərpası üçün bir neçə variant təqdim edib. Onların arasında İranın enerji obyektlərinə zərbələr də var.
Jurnalın mənbələrinə görə, Tramp seçkilərədək yanacağın qiymətini azaltmaq və İranla münaqişədə irəliləyiş nümayiş etdirmək istəyir.
