30
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri yaxın vaxtlarda Hörmüz boğazından neftin daşınması üçün istifadə olunan qanunsuz marşrutları bağlayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə SEPAH baş komandanının müşaviri Məhəmməd Rza Nəqdi bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazının akvatoriyasında qayaların partladılması və dağıdılması yolu ilə yaradılan bir neçə marşrut bağlanacaq.
Nəqdi qeyd edib ki, boğazdan qanunsuz çıxarılan neftin həcmi olduqca azdır. O, bəzi şəxslərin neft qaçaqmalçılığı və onun tankerlərə yüklənməsi üçün kiçik gəmilərdən istifadə etdiyini deyib.
SEPAH rəsmisi bildirib ki, İranın qanuni tələbləri yerinə yetirilənədək Hörmüz boğazı silahlı qüvvələrin tam nəzarəti altında olacaq.
