29
Oktyabrın 7-də Rusiyanın ballistik raketlərlə Kiyevə endirdiyi zərbələr nəticəsində şəhərin Obolonski və Podolski rayonlarında dağıntılar qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Darnitski rayonunda hücum nəticəsində iki nəfər həlak olub.
Obolonski rayonunda raket zərbəsinin yaşayış olmayan əraziyə, Podolski rayonunda isə anbarlara dəydiyi bildirilib.
Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, Darnitski rayonunda raket qalıqları açıq əraziyə və qaraj kooperativinin ərazisinə düşüb. Burada yanğın baş verib. Yanğının söndürülməsi zamanı iki nəfər xilas edilib, iki nəfərin isə meyiti aşkarlanıb.
