Bəzi kişi geyimləri qadın üzərində butiklərdən alınan dəbli geyimlər qədər effektli və zövqlü görünə bilər.
Ucnoqta.az xəbər verir ki, dizayner Andre Tan qadınların partnyorunun qarderobundan götürə biləcəyi beş əşyanı açıqlayıb.
Ağ kişi köynəyi – Cins şalvar, leqins və ya mini yubka ilə kombin etmək olar. Köynəyi topun üzərindən ikinci qat kimi də geyinmək mümkündür.
Oversayz pencək – Kişi qarderobundan götürülmüş geniş pencək qadınsayağı obrazı tamamlayır. Belə görünüşə kəmər əlavə etməklə beli vurğulamaq olar.
Kişi kəməri – Klassik kişi kəməri xüsusilə enli cins və şalvarlarla yaxşı uyğunlaşır. Onu pencəyin üzərindən taxaraq beli vurğulamaq da mümkündür.
Klassik sviter – Qolları bir qədər qatlamaq, biləkləri açıq saxlamaq və aksessuar əlavə etməklə kişi sviterini zərif qadın obrazına çevirmək olar.
Kişi futbolkası – Sıx parçadan hazırlanan, sərbəst biçimli və kifayət qədər uzun modellər qadınlarda xüsusilə uğurlu görünür.
