59
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağına əmin olduğunu yenidən bildirib.
Ucnoqta.az xəbər verir ki, ABŞ lideri Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Yaranan müharibə başa çatdıqda neftin qiyməti əhəmiyyətli dərəcədə aşağı düşəcək. Bu isə tezliklə baş verəcək”, – deyə Ağ Ev rəhbəri bildirib.
Tramp daha əvvəl də münaqişənin yaxın vaxtlarda başa çatacağını dəfələrlə bəyan edib.
