Dizel yanacağının dünya bazarında kəskin bahalaşması kənd təsərrüfatı işlərinin intensivləşdiyi dövrə təsadüf edib. Bu vəziyyət qlobal ərzaq tədarükü üçün riskləri artıraraq yeni inflyasiya dalğasına səbəb ola bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, dizel yanacağının qiymətinin artmasına əsasən Hörmüz boğazından tədarükdə yaranan fasilələr nəticəsində təklifin azalması səbəb olub. Avropada dizelin qiyməti oktyabrın əvvəlində rekord həddə çataraq litr üçün 2,23–2,24 avro təşkil edib.
Avstraliyada fermerlər yanacağın qiymətinin ötənilki göstəricidən 50 faizdən çox yüksək olduğu şəraitdə buğda, arpa və raps məhsullarının yığımına başlayıblar. Proqnozlara görə, ölkədə builki məhsul həcminə görə tarixdə dördüncü ən yüksək göstərici ola bilər.
Oxşar problemlərlə Cənubi Amerikadan Avropa və ABŞ-a qədər dünyanın əsas kənd təsərrüfatı bölgələrində fermerlər üzləşirlər.
Yüksək enerji qiymətlərinin kənd təsərrüfatı istehsalını məhdudlaşdırması və nəticədə ərzaq qiymətlərində yeni bahalaşma dalğasına səbəb olması riski artır.
