Astrologiya və numerologiyaya görə, doğum ayı insanın xarakter xüsusiyyətlərinə və güclü tərəflərinə təsir göstərə bilər. Bəzi insanlar erkən yaşlarından müstəqil olmağa çalışır, çətinliklər qarşısında geri çəkilmir və qərarlarını başqalarının təsdiqinə ehtiyac duymadan verirlər.
Ucnoqta.az “Parade”yə istinadən bildirir ki, xüsusilə yanvar və noyabr aylarında doğulanlar güclü iradələri, müstəqillikləri və çətinliklərə davamlılıqları ilə seçilirlər.
Yanvar
Yanvarda doğulanlar həyatlarında baş verənlərin onları idarə etməsinə nadir hallarda imkan verirlər. Onlarda intizam, qətiyyət və azadlıq istəyi güclü olur. Qarşılarına məqsəd qoyduqları zaman fikirlərindən daşındırmaq çətinləşir.
Onlar başqalarının köməyinə çox vaxt ehtiyac duymur və problemlərini özləri həll etməyə üstünlük verirlər. Bəzən bu xüsusiyyət yaxınları ilə fikir ayrılığına səbəb olsa da, yanvarda doğulanların əsas üstünlüklərindən biri prinsiplərinə sadiq qalmaqlarıdır.
Çətinlik və uğursuzluq qarşısında belə məqsədlərindən əl çəkməmələri onların güclü xarakterini göstərir.
Noyabr
Noyabrda doğulanlar da güclü daxili iradələri ilə seçilirlər. Onlar hadisələrin mahiyyətini anlamağa, hər məsələnin kökünə varmağa çalışırlar. Səthi cavablarla kifayətlənməyən bu insanlar mürəkkəb vəziyyətlərdə belə özləri çıxış yolu tapmağa üstünlük verirlər.
Məqsəd müəyyənləşdirdikdən sonra onları seçdikləri yoldan döndərmək asan deyil. Başqalarının fikrinə hörmət etsələr də, qərar qəbul edərkən daha çox öz düşüncələrinə və intuisiyalarına güvənirlər.
Noyabrda doğulanlar çoxluğun fikri ilə razılaşmasalar belə, əmin olduqları mövqedən geri çəkilməyə bilərlər. Onlar üçün başqalarının təsdiqindən daha vacib olan öz istəklərini və həyat istiqamətlərini müəyyənləşdirməkdir.
