27
Cənubi Koreyanın Çeçju adasının şimal-qərbində 11 nəfərin olduğu balıqçı gəmisi batıb.
Ucnoqta.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, 29 tonluq gəmi adadan təxminən 65 kilometr məsafədə çevrilərək suya düşüb. Ekipajın 9 üzvü — 8 İndoneziya və 1 Vyetnam vətəndaşı — yaxınlıqdakı digər balıqçı gəmiləri tərəfindən xilas edilib.
Gəminin Cənubi Koreya vətəndaşı olan kapitanı və İndoneziya vətəndaşı olan daha bir ekipaj üzvü itkin hesab olunur. Hazırda onların axtarışları davam etdirilir.
