28
Yəmən sahillərində tankerə mümkün hücumla bağlı insident qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatına görə, hadisə Yəmənin Moha şəhərindən təxminən 60 dəniz mili cənubda baş verib.
Məlumata əsasən, tanker ekipajı gəminin yaxınlığında bir neçə partlayış müşahidə edib. Hadisənin mümkün atəşə tutulma ilə bağlı olduğu bildirilir.
İnsident nəticəsində ekipaj üzvlərinin xəsarət almadığı və ətraf mühitə zərər dəymədiyi qeyd olunub.
Hadisə ilə bağlı tankerin adı və qeydiyyatda olduğu liman açıqlanmayıb.
