69
Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti sınağına çıxacaq.
Ucnoqta.az xəbər verir ki, Ayxan Abbasovun komandası D Liqasının II qrupunda lider Litva ilə qarşılaşacaq. Bakıdakı 8-ci km stadionunda baş tutacaq görüş saat 17:00-da başlayacaq.
Portuqaliyadan olan FİFA referisi Qustavo Korreyaya oyunun idarə olunması tapşırılıb.
Hazırda qrupda 4 xalla Litva liderdir. Azərbaycan 2 xalla ikinci, Lixtenşteyn isə 1 xalla üçüncü sıradadır.
Millimiz doğma meydanda qələbə qazanacağı təqdirdə qrupdakı vəziyyətini xeyli yaxşılaşdıra bilər.
