42
Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci oyununu keçirəcək.
Ucnoqta.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız 2-ci tur çərçivəsində Lixtenşteynlə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Matçı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Kristian-Petru Çoçirka olacaq.
Millimiz ilk turda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Lixtenşteyn isə doğma meydanda Litvaya 0:2 hesabı ilə məğlub olub.
