27
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyası Rusiya Şahmat Federasiyasının (RŞF) təşkilatdan uzaqlaşdırılması ilə bağlı qərarı qüvvədə saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl FIDE Şurası Rusiya Şahmat Federasiyasının təşkilatdakı üzvlüyünü müvəqqəti dayandırmışdı. Buna səbəb federasiyanın İdman Arbitraj Məhkəməsinin (CAS) qərarını yerinə yetirməməsi olub.
Baş Assambleyanın qərarı iştirakçıların alqışları ilə qarşılanıb.
